BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

1-ci siniflərdə summativ qiymətləndirmə ləğv olunur


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“İbtidai siniflərdə dərs yükünün azaldılması ilə bağlı hazırlanan yeni qaydalara əsasən, I siniflərdə nə kiçik summativ qiymətləndirmə (KSQ), nə də böyük summativ qiymətləndirmə (BSQ) nəzərdə tutulmayıb.

İstixəbər.info xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsildə innovasiyalar sektorunun müdiri Vidadi Bağırov deyib.

Onun sözlərinə görə, bu addım onların həm yaş xüsusiyyətləri, həm də psixoloji durumları ilə əlaqədar olub: “Bu da o deməkdir ki, hər birinci sinif şagirdi il əzində 72 summativ qiymətləndirmə yükündən azad olunub. Bundan başqa, ibtidai təhsil səviyyəsində müəyyən dəyişikliklər nəzərdə tutulub. II və III siniflərdə də yalnız kiçik summativ qiymətləndirmə nəzərdə tutulub. Bu siniflərdə böyük summativ qiymətləndirmə olmayacaq. IV sinifdə isə BSQ olacaq”.

Nazirlik rəsmisi qeyd edib ki, böyük summativ qiymətlərinin sayında kifayət qədər azalmalar var: “Yeni yanaşmalarda ümumi təhsil pilləsi hər səviyyənin sonunda bütün fənlərdən BSQ nəzərdə tutulur. Yəni ibtidai təhsilin sonunda, yəni IV sinifdə, daha sonra IX sinifdə və XI sinifdə BSQ keçiriləcək. Hər şagird bir il ərzində 18 böyük summativ qiymətləndirmə yükündən azad olunur”.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26