BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Əsəb xəstəsi özünü binadan atmaq istədi – VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakıda gənc oğlan özünü öldürmək istəyib.

İstixeber.info-nun qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, həmin şəxs Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Bolluq” bazarının yaxınlığındakı binalardan birinə çıxıb.

Ətrafdakı vətəndaşlar hadisə barədə müvafiq qurumlara məlumat veriblər. Əraziyə cəlb olunan hüquq-mühafizə orqanları əməkdaşları, mütəxəssislər intihara cəhd edən şəxslə danışıqlar apararaq onu fikrindən daşındırmağa nail olublar. Onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Binəqədi Rayon Polis İdarəsindən  bildirilib ki, inttihara cəhd edən şəxs saxlanılaraq şöbəyə gətirilib və hazırda dindirilir. Onun özünü öldürmək istəyinin səbəbi hələ ki bəlli deyil, bu, dindirilmə başa çatdıqdan sonra bəlli olacaq.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26