BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ərdoğan İrəvana səsləndi: Sərhədləri açacağımızı gözləməyin


BAKU, AZERBAIJAN - SEPTEMBER 15: (----EDITORIAL USE ONLY – MANDATORY CREDIT - "TURKISH PRESIDENCY / MURAT CETINMUHURDAR / HANDOUT" - NO MARKETING NO ADVERTISING CAMPAIGNS - DISTRIBUTED AS A SERVICE TO CLIENTS----) President of Turkey Recep Tayyip Erdogan makes a speech during a ceremony to mark Azerbaijan's centenary of independence at Azadliq Square in Baku, Azerbaijan on September 15, 2018. ( TURKISH PRESIDENCY / MURAT CETINMUHURDAR / HANDOUT - Anadolu Agency )
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Türkiyə Azərbaycana əlindən gələn yardımı göstərib və bundan sonra da göstərəcək, deyə, Azərbaycanda Bakının bolşevik-daşnak silahlı birləşmələrindən azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradda çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Bu barədə İstixəbər.info Anadolu” agentliyinə istinadən xəbər verir.

“Azərbaycanın sevinci – Türkiyənin sevinci, Azərbaycanın acısı – Türkiyənin acısıdır”, – deyə, Ərdoğan bildirib və qeyd edib ki, Ankara dost ölkənin problemlərinin aradan qaldırılması üçün əlindən gələni edir.

Türkiyəli lider Ermənistanın Azərbaycana qarşı davam edən işğal siyasətinə də toxunub.

“Qardaşımızın torpaqlarının 20 faizini işğal altında saxlayanların, 1 milyondan artıq qardaşımızın öz yurduna qayıtmasına imkan verməyənlərin bizdən sərhədləri açacağımızı gözləmələri boş-boşunadır, əbəsdir”, – deyə, türkiyəli lider bildirib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ermənistanla münasibətlərin normallaşması üçün mütləq şərtdir, deyə, Ərdoğan vurğulayıb.

“Xocalıdakı qətliama, Dağlıq Qarabağda dinc əhalinin qətlinə görə cəzalanmayanlar, qatilləri qəhrəman adlandıranların Türkiyəyə tarix öyrətmək haqqı yoxdur”, – deyə, prezident Ərdoğan əlavə edib.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26