BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Əmrah Fəqanoğlu: – GÖRÜŞƏ GEDİRƏM…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Həyat öz axar-baxarı ilə davam edir. Əsrlər, minilliklər boyu davam etdiyi kimi. Kiminə sevinc, kiminə qəm sirdaşdı bu axşam. Mən də kədərlə, qüssəylə, qəmlə üz-üzə qalmışam.
Görüşə tələsən kim, görüşə gecikən kim. Mən də yaman tələsirəm, ürəyim, əllərim titrəyir bu axşam. Qardaş görüşünə tələsirəm. On ildən bəri üzünə həsrət qaldığım qardaşımın görüşünə… Məzarıstana çatır, ayaq saxlayıram. Burada tam sükut içərisindədir aləm. Təkcə mən- qəlbimdə ələm kövrəlib ağlayıram. Bəlkə səsimə qardaşım oyana zənn edirəm. Amma yenə də lal və həzin sükut… sanki kimsə qulağıma pıçıldayır: “Burada həyat sözünü unut !”. Unutmaq ?! Yox ! Bu, ölümdən daha dəhşətli və qorxunc, amansızdır. Deyirəm: “Sus ! Nə qədər ki, yaşayır, nəfəs alıram, nə qədər ki, döyünür köksümdə ürək, yaşayacaqsan, qardaşım!”
Arzuları pöhrə-pöhrə, tumurcuq-tumurcuq solan qardaşım. Yaddaşlarda həmişə belə yeniyetmə qalan qardaşım. Əbədilik tələbə olan qardaşım!… Səni necə unudum ki, sən qəlbimin parasısan. Sağalmayan əbədi bir yarasısan. Eh!!! Həyat necə insafsız, amansız,qəddar olur bəzən?! Düşünürsən, ana adlandırdığımız bu həyat niyə belə amansızlıq edir, niyə? Və cavab tapmırsan. Tapmazsan, xeyr!
Hamı tələsir, gedir harasa bu axşam. Bu, həyatın pozulmaz qanunudur. Mən də yaman tələsirəm. Qardaşımın görüşünə…
1990

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26