BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Azerbaijani AZ English EN French FR Russian RU Turkish TR

Əmrah Fəqanoğlu: – “Yazı gətirən, ayrılıq zamanı da vidalaşmağı unutmayan vəfalı qaranquşlar…”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Kənddə-altmışıncı illərin əvvəlində atamın çay daşı və çiy kərpicdən tikdirdiyi kürsülü evimizin eyvanında bir qaranquş yuvası vardı. Dünyaya göz açandan o yuvanı sağ-salim orda görmüşdük. Yazın gəlişini də hər şeydən öncə iki qaranquşun o yuvanın ətrafında dövrə vurub, gətirdikləri çör-çöplə bərkitmə işlərinə başlamasından bilərdik. Az sonra o yuvadan sarıdimdik balalar boylanardı, ata-ana qaranquş gətirdikləri böcəklərlə onları yemləməkdən yorulmazdılar… Biz də bumənzərəni hər dəfə çox heyrət və maraqla seyr edərdik… Qaranquşlar ta payız gələnə qədər eyvanımızın daimi sakinləri olardılar və gedəndə də sanki hallallıq istəyirmişlər kimi yuvanın ətrafında bir neçə dövrə vurub yoxa çıxardılar…
Adətən “sərçədən bərk yapış, qaranquş gəldi-gedərdi” -deyilsə də, mən hər zaman qaranquşları çox sevdim. Səbəbini dəqiq bilmirəm. Bəlkə yazın gəlişinin müjdəçisi olduqlarına görə, bəlkə gedərkən vida etməyi bacardıqlarına görə?!
Hə, bilmədiklərim sırasında bu da var: o yuva indi də o eyvanda qalıb, ya yox?!

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26