BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Əmrah Fəqanoğlu – Plyonka bumu: nə “hə” deyən var, nə “yox” deyən


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Bu gün köhnə maşın bazarına getmişdim. Avtomobillərin yan şüşələrinə plyonka vurduranların böyük növbəsi vardı. Nəinki arxa, qabaq yan şüşələrə də 100 -lük plyonka vurdururdular. Deyirlər, icazə var, yol polisi heç nə demir. Həvəsə düşüb mən də arxa yan şüşələrə plyonka çəkdirmək istədim, amma son anda fikrimdən çəkindim. Bilirəm ki, məni saxlayan yol polisləri səbəb tapmayanda plyonkanı səbəb gətirəcəklər. Necə ki, tiresi ağ şəkildə aldığım dövlət nömrə nişanlarında həmin tireləri qaralamaq məcburiyyətində qaldım. Nə var ki, səbəb tapmayanda istismar qaydasının pozulması (😢) adı ilə cərimə yazmasınlar. Guya bu tirenin qara olması böyük bir önəm daşıyırmış. Halbuki kvadrat nömrələrdə tirelər yerli -dibli yoxdur və fəlakət də qopmur buna görə. Plyonka da ki, belə. Arxa heç, qabaq yan şüşələrə 100 -lük plyonka vurub, yol polisinin gözü qabağında şütüdürlər. Hansısa jurnalist bunu eləsə, çəkib qoyarlar ki, bəs KİV nümayəndəsi qaydanı pozur, qanuna hörmətsizlik edir.

Nədənsə nə Kamran müəllim, (Rauf müəllim məzuniyyətdədir) nə də Vaqif müəllim bu plyonka məsələsinə konkret münasibət bildirmirlər. Qadağa varsa, bu plyonka bumu nədi, qadağa aradan götürülübsə, desinlər biz də öz işimizi bilək…

Əmrah Fəqanoğlu 

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26