BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

ƏMRAH FƏQANOĞLU – “MƏHƏBBƏT HAQQINDA”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bir dostumun yanında
Məhəbbətdən söz saldım.
Sevgilimin gözlərin
Anıb, xəyala daldım…

-Belə bir zəmanədə
Məhəbbət axtarırsan?
Hər şeyi üstələyib
Hərislik, rütbə, ad-san.

Gözəllərin nazı da,
Pula satılan olub.
Məhəbbətsiz yaranmış
Neçə-neçə körpələr
dönüb atılan olub.

Təəssüf ediləsidir
Niyə yoxdu məhəbbət?
Əgər varsa sevgi, eşq,
Hanı vəfa, sədaqət?

Sevgi ürəkdə deyil,
Dil-ağızda yurd salıb.
Bu ülvi hissin rəmzi
İndi var-dövlət olub.

Təmiz eşq-məhəbbəti
tapmaq deyildir asan.
Belə bir zəmanədə
Məhəbbət axtarırsan?

Dostum bu sözlərilə
Haqlıydı bir tərəfədən.
Düz söz qılınctək iti,
Sən ona neyləyərsən?

Amma mən inanmıram-
Sevgisiz yaşamazdım!
Səmalarda uçuram,
Odur süzən qanadım!

Eşqi ucuzlaşdıran
Siz ey «qəlbən sevənlər»,
Amandır yetirməyin
bu ülvi hissə xətər.

Qoy sevən beş də olsa
Eşqə dəyanət olsun.
Bu sevgi əyləncə yox,
Əsl məhəbbət olsun!

Tallinn-13.04.1989.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26