BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

ƏMRAH FƏQANOĞLU – “Düşüncələr”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ƏMRAH FƏQANOĞLU

Düşüncələr

Sən kiminsən, kimləsən varlığınla?
Bunu bilmək istəyirəm, mən, gülüm!
Qorxuram birləşib özgəsi ilə
Ömrümə salasan duman, çən, gülüm.

Bilirəm, unutmaq çətin olacaq
Mənimçün sənin hər adi sözünü.
Xəyalım geriyə qanad çalacaq
Orda görəcəyəm sənin özünü.

Bəlkə də səninçün unudulacaq,
Neçə xatirələr mürgüləyəcək.
Bütün ömrüm boyu mən isə ancaq-
Yaşaram onları vərəqləyərək.

Bilirəm, o zaman dolacaq gözum:
Neyçün bu sevgidən xatirə qaldı?
Neyçün qalmadı bəs sevginin özü,
Mənə qalan təkcə xatirə oldu?

Bu sevgi qəlbimdə yarandı necə,
Bəs necə oldu ki, mən səni sevdim?
Ürəyim sevgiylə odlandı necə,
Dodaq pıçıldadı, sevirəm-dedim?

Dərindən düşün bir, məgər qəlbimdə
Elə bu sevgini sən yaratmadın?
Yaxşı yadımdadır, gülüm, hələ də
Mənimçün heç məlum deyildi adın.

İş elə gətirdi, mən sevdim səni
Deyirlər indi ki, sən özgəninsən!
Bu xəbər özümdən ayırır məni,
Ayırır nikbinlik, sevinc hissindən.

Heç mən baxmamışam doyunca hələ
Sənin gözlərinə, gülər çöhrənə.
Sığal çəkməmişəm xurmayı telə-
Kaş səni hər gündə görəydim yenə!

Adına yazmışam neçə şərqilər-
Hər şərqi bir günün təcəssümüdür!
Onlar köhnəlməyir, onlar təzə-tər-
Sanki dodağının təbəssümüdür.

Mənim bu şeirimi oxuyan zaman
Nələr çəkdiyimi duyasan barı.
Heyhat gec də olsa, yenə anasan
Sevgi ağrısıdır ən çətin ağrı!

1986-cı il

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26