BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

ƏMRAH FƏQANOĞLU: “DEYİRSƏN…”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Deyirsən:-gözlərindən kədər yağır, qəm yağır…
-Gözlərim necə gülsün, bu qəm qəlbimdən axır.
Deyirsən:-yazılıbmı taleyinə qüssələr?
-Ay gülüm, Tanrı yazıb bunu məndən bixəbər.
Deyirsən:-qəm-kədərin olmazmı heç bir sonu?
-Mən nə bilİim, əzizim, Allahdan soruş onu.
Deyirsən:-qələmin də elə hey sızıldayır…
-Qəlbim öz dərdlərini qələmə pıçıldayır.
Deyirsən:-at kədəri, gəl qapıl nəşələrə!
-Bu dünyada yaşayır hər kəs bir ayrı cürə.
Deyirsən:-vallah, bəzən səndən baş açmaq olmur.
-Qəm-qüssə libasına sevincdən yamaq olmur!
Deyirsən:-gözlərindən kədər yağır, qəm yağır…
-Gözlərim necə gülsün, bu qəm qəlbimdən axır…

1990.

İstixeber.info

157 Baxış sayı
loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26