BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

ƏMRAH FƏQANOĞLU: “Bərbad yol üçün 110 sürət, yoxsa ölüm tələsi?”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Bazar günü səhər tezdən gedib, bu səhər qayıtdığım Bakı-Şamaxı avtomobil yolunun necə bərbad hala qalmasının bir daha fərqinə vardım.

Hər gün bu yolla sərnişin daşıyan taksi sürcüsü Orxan deyir ki, yoldakı çökmələrə, “dalğalar”a görə mütəmadi avtomobil qəzaları baş verir. Sürət çox yerdə 110, bəzən də 90 müəyyən edildiyi üçün yola nabələd sürücülər magistralın şüşə kimi hamar olduğunu zənn edib, avtomobili həmin sürətlərə uyğun şütüdürlər.

Çökmüş hissəyə düşən maşınlar isə idarəetmədən çıxıb, yolun kənarına çəkilən dəmir səddə çırpılır. Diqqət edəndə həmin sədlərin qəzaya uğrayan avtomobillərin zərbəsindən necə əzik-üzük olduğunu əyani şəkildə görmək olur. Cəngə adlanan ərazidə yolun Bakıdan gedən hissəsinə vurulan böyük yamaqlar da çala-çökəklərin ayıbını örtə bilməyib. Yamaqlı yol yenə də öz “dalğaları” ilə təhlükə mənbəyi olaraq qalmaqdadır.
Qeyd edim ki, bu yol təzəlikcə salınıb və keyfiyyətinin beynəlxalq standartlara uyğun olması dəfələrlə vurğulanıb. Yol kənarında avtomobillərin saxlanılması, sürücü və sərnişinlərin qısa müddətlik istirahət edə bilməsi üçün heç bir şərait yaradılmayıb. Yeganə razı olunan az qala beş addımdan bir quraşdırılmış, uzaqdan görünməz hala gətirilmiş, üzərində heç bir işıqqaytarıcısı olmayan radar qurğularıdır. Onlardan da razılığı sürücülər yox, DYP əməkdaşları edir. Amma yenə də radarlarla kifayətlənməyib, yolda var-gəl edir, sürücüləri səbəbsiz yerə (məsələn, guya sağdan sola keçəndə dönmə işığını yandırmayıb bəhanəsi ilə) saxladıb vaxtlarını alır, əsassız cərimə yazırlar. Yolun bərbad vəziyyətdə olması ilə maraqlanansa yoxdur. Ən azından, bu yolun bərbadlığı ucbatından baş verən qəzaları araşdıran yol polisinin təhqiqat qrupu yolun vəziyyətinə cavabdeh qurum qarşısında konkret məsələ qaldırmalıdr ki, sürücü və sərnişinlərə, avtomobillərə dəyən ziyan məhz həmin qurum tərəfindən ödənilsin. İndiki halda isə bərbad yola 110 sürət müəyyən etmək açıq-aşkar ölüm tələsi kimi bir şeydir.

Əmrah Fəqanoğlu 

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26