BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Əli Əhmədovdan ANONS: “Əhalinin sosial müdafiəsi istiqamətində addımlar atılacaq”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Hökumətin imkanları artdıqca Prezident İlham Əliyev əhalinin sosial müdafiəsi istiqamətində addımlar atacaq.

İstixeber.info-nun məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov jurnalistlərə deyb.

Ə.Əhmədov bildirib ki, Azərbaycan artıq qüdrətli bir dövlətə çevrilib:

“Hökumətin imkanları artdıqca cənab Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsi istiqamətində addımlar atılacaq. Dövlətin imkanları vətəndaşların rifahının yaxşılaşdırılmasına sərf edilir. Azərbaycan hökuməti istəyir ki, vətəndaşlar yaxşı yaşasın. Vətəndaşın yaşayışı, insanların rifahının yaxşılaşdırılması həmişə dövlətin diqqət mərkəzində olub. Bizim üçün ən böyük dəyər insandır”.

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan vətəndaşı dövlətin ən böyük sərvətidir:

“İnsana qayğı göstərməkdən ali dəyər yoxdur. Bir müddət öncə Prezident İlham Əliyevin sərəncamı ilə bütün kateqoriyalardan olan insanların rifahının yaxşılaşdırılması üçün sərəmcamlar imzalandı. Dövlət imkanları çərçivəsində vətəndaşların daha yaxşı yaşaması istiqamətində əlavə tədbirlər görülür. Dövlət başçısının sərəncamları ilə əmək pensiyası, minimum əməkhaqqı, müavinətlər artırıldı. Ümumiyyətlə, vətəndaşlara verilən bütün müavinətlər artırılıb”./Modern.az

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26