BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
  • Banan və darçın kokteylinin MÖCÜZƏSİ

    Banan və darçın kokteylinin MÖCÜZƏSİ

    Banan və darçın çubuğunu qaynadıb yatmadan əvvəl içəndə orqanizmin hər bir hüceyrəsi yenilənir. İstixeber.info oxucularına bu möcüzəvi içkinin faydalarını təqdim edir. İlk öncə onu qeyd edək ki, bu içki qeyri-adi dada malikdir. Bəlkə də alışdığınız dad olmadığı üçün xoşunuza gəlməyə də bilər. Ancaq tərkibi ilə çox güclü təbii vasitədir. Bu içki zəifləmiş orqanizmi tez bir zamanda sağaldıb, ayağa qaldırır. Bu kokteyl çox asanlıqla hazırlanır. Sözügedən içkinin əsas komponenti tərkibində kalium, maqnezium və fosfor ilə zəngin olan banandır. Kalium orqanizmdə olan bütün əzələlər, həmçinin ürək əzələsi üçün çox xeyirli maddədir. Digər maddə fosfor isə karbohidratın orqanizm tərəfindən həzm olunmasında çox böyük rol oynayır. Qarışımın digər tərkibi izə darçındır. Darçın Altsheymer, Parkinson, menenqit xəstəliklərinin, müxtəlif xassəli şişlərin yaranmasının qarşısını alır. Bu içki üçün darçını çubuq şəklində seçməniz vacibdir. Bundan əlavə bu möcüzəvi ədviyyat sonsuzluğa qarşı da çox effektli vasitədir. Belə ki, o qadın orqanizmində kişi və qadın hormonlarını tarazlayır. Bundan başqa darçın qanda xolesterol və şəkərin miqdarını aşağı salmaq gücünə malikdir.⠀ Lazım olanlar: 1 litr su 2 ədəd halqa şəklində doğranmış banan 2 ədəd çubuq darçın Hazırlanması: Əvvəl darçın çubuqlarını 1 litr su ilə qaynadılır. Sonra ilıqlanmış suya bananı əlavə edib suyu bir dəfə də qaynadırıq. Kokteyl tam soyuduqdan sonra yatmamışdan 1 saat öncə 1 stəkan içilir. Bu möcüzəvi içki həzm prosesini sürətləndirir, dərin yuxuya getməyə kömək edir, yaddaşı gücləndirir, qanı artırır, əsəb sistemini sakitləşdirir. Sadalanan bu müsbət təsirlər banan içkisinin yalnız bir hissəsidir. Bu möcüzəvi içkinin təsiri artıq 3 gündən sonra sizi təəccübləndirəcək. Hər zaman sağlam olun. /ölkə.az İstixeber.info 70 Baxış sayı Read More »
  • Gündə 20 saniyə qucaqlaşsaq… – BİLMƏDİYİMİZ GİZLİNLƏR

    Gündə 20 saniyə qucaqlaşsaq… – BİLMƏDİYİMİZ GİZLİNLƏR

  • Mandarinin möcüzəvi faydalar

    Mandarinin möcüzəvi faydalar

  • Yatağınızın yanına limon qoyub yatsanız…

    Yatağınızın yanına limon qoyub yatsanız…

  • Yuxuda cinsi münasibətdə olmaq NƏYƏ İŞARƏDİR? – İNANMAYACAQSIZ

    Yuxuda cinsi münasibətdə olmaq NƏYƏ İŞARƏDİR? – İNANMAYACAQSIZ

  • Nə üçün sol böyür üstə yatmaq lazımdır?

    Nə üçün sol böyür üstə yatmaq lazımdır?

  • Marixuana yaşlanma prosessinin qarşısını alır?

    Marixuana yaşlanma prosessinin qarşısını alır?

  • Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

    Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illiyi tamam olur. Respublika Prezidenti İlham Əliyev tərəfindən görkəmli şəxsiyyətin 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə əlaqədar imzaladığı 28 yanvar 2019-cu il tarixli Sərəncamı təkcə İsmayıl Şıxlı şəxsiyyətinə verilən qiymət deyil, bütövlükdə, qazaxlılara, rayon ziyalılarına verilən ən böyük dəyərdir. Görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan, Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verən Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd olunması haqqında 3 noyabr 2018-ci il tarixli Sərəncamdan sonra imzalanan ikinci böyük Sərəncamdır ki, ölkə başçısının öz tarixinə, ziyalılarına, tanınmış insanlarına olan diqqət və qayğısının əyani təzahürüdür. Ümumilikdə, Azərbaycanda təhsilə, elmə, biliyə, mədəniyyətə, eləcə də digər sahələrə verilən qiymətdir. Xalq yazıçısına verilən qiymət ölkə başçısının imzaladığı Sərəncamda daha aydın şəkildə öz əksini tapır. Sərəncamda da qeyd olunduğu kimi İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilmişdir. Sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapmışdır. Üslubun mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir. Bəli, ölkə başçısı tərəfindən imzalanan Sərəncamda yer alan bu cür dəyərli fikirlər bir daha onu sübut edir ki, ölkəmizdə söz adamlarına hər zaman hörmət və ehtiram olub və bu, bundan sonra da belə olacaqdır. İstixeber.info xəbər verir ki, bu gün Qazax Rayon İcra Hakimiyyətində İsmayıl Şıxlının 100 illik yubiley tədbirinin yüksək ... Read More »
  • ƏMRAH FƏQANOĞLU: “DEYİRSƏN…”

    ƏMRAH FƏQANOĞLU: “DEYİRSƏN…”

  • Gənc şairənin “Şəhadət sarayı ” adlı kitabı təqdim olunub – FOTOLAR

    Gənc şairənin “Şəhadət sarayı ” adlı kitabı təqdim olunub – FOTOLAR

  • Nazlı Çələbi – “Hippiokrata and içmişəm”

    Nazlı Çələbi – “Hippiokrata and içmişəm”

  • ƏMRAH FƏQANOĞLU – “MƏHƏBBƏT HAQQINDA”

    ƏMRAH FƏQANOĞLU – “MƏHƏBBƏT HAQQINDA”

  • “…aldı, saldı, daldı” – Elza Seyidcahan yeni şeir yazdı

    “…aldı, saldı, daldı” – Elza Seyidcahan yeni şeir yazdı

  • ƏMRAH FƏQANOĞLU: “ARZULARDIR”

    ƏMRAH FƏQANOĞLU: “ARZULARDIR”

Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26